Bəzi ölkələrdə "Facebook", "WhatsApp" və "Instagram"ın işində problemlər yaranıb

Bəzi ölkələrdə "Facebook", "WhatsApp" və "Instagram"ın işində problemlər yaranıb
# 26 yanvar 2021 15:56 (UTC +04:00)

Bəzi ölkələrdə “Facebook”, “WhatsApp” və “Instagram” istifadəçiləri bu xidmətlərin istifadəsində problemlərlə üzləşiblər.

APA-Economics”in “Downdetector”a istinadən verdiyi məlumata görə, problemlərin mövcudluğu barədə Finlandiya, Estoniya, İsveç, Rusiya və digər ölkələrdən olan istifadəçilər xəbər veriblər.

Portalın yaydığı məlumata görə, “WhatsApp” istifadəçilərinin 83%-i serverə qoşulma problemi ilə üzləşib, 15%-i veb-səhifədən istifadə edə bilmədiyi bildirib, qalanı isə servisə daxil ola bilməyiblər.

“Facebook”un işində də dayanmalar müşahidə olunub. İstifadəçilərin əksəriyyəti (87%-i) saytı yükləyərkən problem yaşayıblar, digərləri isə sosial şəbəkəyə daxil ola bilməyiblər.

“Instagram”la problemlərlə daha çox Rusiya, Estoniya, Finlandiya və digər ölkələrdən olan istifadəçilər qarşılaşıblar. İstifadəçilərin 55%-də xəbər lenti yüklənməyib, 27%-i profillərinə daxil ola bilməyib, 17%-i isə veb saytın işindən şikayətləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR