Casus proqram təminatı ilə ən çox üzləşən ölkələr açıqlanıb - TOP-5

Casus proqram təminatı ilə ən çox üzləşən ölkələr açıqlanıb - TOP-5
# 03 mart 2021 10:06 (UTC +04:00)

2020-ci ilin nəticələrinə əsasən, istifadəçi sayına görə ən çox casus proqram təminatı ilə qarşılaşan ölkələr arasında Rusiya birinci olub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Kaspersky" şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub.

Qeyd olunur ki, bu təhlükə ilə üzləşən ölkələrin ilk beşliyinə Braziliya, ABŞ, Hindistan və Meksika daxildir.

Ötən il dünyada təxminən 54 min istifadəçi casus proqram təminatları ilə üzləşib. Pandemiya dövründə bu göstərici azalsa da, dünya adi rejimə qayıdan kimi artımın olacağı istisna edilmir.

Mütəxəssislər cihazların hər biri üçün mürəkkəb və fərqli şifrlər yaratmağı, onlarla bölüşməməyi, həmçinin ayarlarda bilinməyən mənbələrdən tətbiq yükləmək imkanını məhdudlaşdırmağı tövsiyə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR