Çin-Azərbaycan konteyner qatarı Bakıya çatıb

Çin-Azərbaycan konteyner qatarı Bakıya çatıb
# 17 fevral 2021 11:58 (UTC +04:00)

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Bakıya çatıb.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, qarışıq yüklərdən ibarət qatar Çinin Tsindao şəhərindən Bakıya qədər olan məsafəni 15 günə qət edib. Blok qatarı hər biri 40 futluq olan 50 konteynerdən ibarətdir.

Konteynerlər Qazaxıstanın Aktau limanından Ələt limanına operatoru “ADY Konteyner” olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılıb. Konteynerlərdən 15-i Gürcüstanın paytaxtı Tbilisiyə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” və “GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

2021-ci ilin sonunadək “ADY Konteyner” tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR