Cəlilabadın ən ucqar 7 kəndində elektrik enerji sistemi yenidən qurulur

Cəlilabadın ən ucqar 7 kəndində elektrik enerji sistemi yenidən qurulur
# 22 may 2020 18:06 (UTC +04:00)

"Azərişıq" ASC tərəfindən "Yeni kəndlər layihəsi" çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası – ümumilikdə, 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib. Kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur. Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transformator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prosesi 7 kənddə icra olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR