Dünyada oğurlanmış bank kartlarının məlumatlarının satış həcmi 2 mlrd. dollara yaxınlaşır

Dünyada oğurlanmış bank kartlarının məlumatlarının satış həcmi 2 mlrd. dollara yaxınlaşır
# 26 noyabr 2020 11:05 (UTC +04:00)

2019-cu ilin ikinci – 2020-ci ilin birinci yarısında oğurlanan bank kartlarının qlobal satış bazarının həcmi iki dəfədən çox artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Group-IB" beynəlxalq şirkətin "Hi Tech Crime Trends 2020" hesabatında deyilir.

Tədqiqat dövründə ödəniş kartı üzrə saxtakarlıq (“carding”) bazarının həcmi 880 mln. dollardan 1,9 mlrd. dollara yüksəlib. Yüksək artım tempi həm mətn məlumatları (kartın nömrəsi, son istifadə tarixi, kart sahibinin adı, ünvanı və CVV), həm də damplar (maqnit zolaq kartlarının məzmunu) üçün xarakterikdir.

Satışa təqdim edilən mətn məlumatlarının sayı 133% (12,5-dən 28,3 mln. karta), damplar isə 55% (41 mln-dan 63,7 mln-a) yüksəlib. Bank kartının mətn məlumatlarının orta qiyməti 12 dollar, dampların isə 17 dollar olub. Bir mətn üçün maksimal qiymət 150 dollar, damp üçün isə 500 dollar təşkil edib.

Fırıldaqçıların əsas hədəfi ABŞ bankları tərəfindən buraxılan bank kartlarıdır: onlar bütün haklənmiş kartların 92%-dən çoxunu təşkil edir, onların ardınca Hindistan və Cənubi Koreya bankları tərəfindən buraxılan kartlar gəlir.

Tədqiqat dövründə damp bazarının həcmi 119% artaraq 700 mln. dollardan 1,5 mlrd. dollara çatıb. Ümumilikdə, tədqiqat dövründə bank kartlarının mətn məlumatları bazarı 101% artaraq 179 mln. dollardan 361 mln. dollara yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR