Dünyada yeni enerji mənbələri ilə işləyən avtomobillərin payı ötən il rekorda çatıb

Dünyada yeni enerji mənbələri ilə işləyən avtomobillərin payı ötən il rekorda çatıb
  • Clock-gray 11:40
  • calendar-gray 29 Sentyabr 2020

Dünya avtomobil bazarında yeni enerji mənbələri ilə (NEV – new energy vehicles) işləyən avtomobillərin payı 2019-cu ildə rekord 2,5%-ə çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Yeni enerji mənbələri ilə çalışan avtomobillərin inkişafına dair ikinci ümumdünya konfransında ("WNEVC 2020") təqdim olunan hesabatda deyilir.

Sənəddə qeyd olunub ki, 2019-cu ildə dünyada yeni enerji mənbələri ilə işləyən 2,2 mln. avtomobil satılıb, bu da 2018-ci ilə nisbətən 10% çoxdur.

Hesabatda Çinin son 5 ildə bu növ nəqliyyat vasitələrinin satışında dünya lideri olduğu bildirilir. Təkcə ötən il Çində 1,2 mln. NEV realizə edilib.

Qeyd edək ki, Çinin Haykou şəhərində keçirilən "WNEVC 2020" konfransı sentyabrın 30-dək davam edəcək. Konfransda rəsmilər, avtomobil sənayesi mütəxəssisləri və tanınmış çinli və xarici avtomobil istehsalçılarının top menecerləri iştirak edir.

Hüseyn Vəliyev

Digər xəbərlər