EASA "Boeing 737 Max" təyyarələri ilə uçuşların bərpasına razılıq verib

EASA "Boeing 737 Max" təyyarələri ilə uçuşların bərpasına razılıq verib
# 16 oktyabr 2020 17:25 (UTC +04:00)

Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) "Boeing 737 Max" təyyarələrini uçuşları bərpa etmək üçün kifayət qədər təhlükəsiz sayıb

"APA-Economics"in "Bloomberg"a istinadən verdiyi məlumata görə, bunu EASA-nın baş direktoru Patrik Kay deyib.

"Təhlillərimiz bu təyyarənin təhlükəsiz olduğunu göstərir. Təhlükəsizlik səviyyəsi bizim üçün kifayət qədər yüksəkdir. Təyyarənin uçuşa yararlılığı barədə təlimat sənədlərin son yoxlanışından sonra gələn ay veriləcək", - deyə P. Kay qeyd edib.

Xatırladaq ki, "Boeing 737 Max" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada və 2019-cu ilin martın 10-da Həbəşistanda) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Bu ilin iyul ayında "Boeing 737 Max" təyyarələrinin kütləvi istifadəsinin 2021-ci ilin yanvar-fevral aylarından əvvəl başlayacağı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR