"Gmail" poçt xidmətinin işində problem yaranıb

"Gmail" poçt xidmətinin işində problem yaranıb
# 20 avqust 2020 13:28 (UTC +04:00)

"Gmail" poçt xidmətinin işində nasazlıqlar müşahidə olunur.

"APA-Economics"in "DownDetector"a istinadən verdiyi məlumata görə, poçt qutusuna və ya onun bəzi funksiyalarına daxil olmaq problemləri bütün dünyada yaşanır.

İstifadəçilərin 23%-i poçt qutularına daxil ola bilmir, 15%-i isə məktub ala bilmir.

Əksər şikayətlərdə poçt qutusundakı məktublara əlavə edilən sənədləri açmaq və ya göndərmək üçün faylları məktuba əlavə etmə imkanının olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR