Gəncədə "Əmlak Xidmətləri Məkanı"nın inşasına 4 mln. manat ayrılıb

Gəncədə "Əmlak Xidmətləri Məkanı"nın inşasına 4 mln. manat ayrılıb
# 26 fevral 2020 11:48 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə ərazi idarəsi Gəncə şəhərində "Əmlak Xidmətləri Məkanı"nın inşası edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi iki tenderin qalibi "Aznof" şirkəti seçilib.

Şirkətlə dəyəri 3,99 mln. manatdan çox olan müqavilə imzalanıb. Müqaviləyə əsasən, "Əmlak Xidmətləri Məkanı" Gəncə şəhəri, Z. Əliyeva pr., 166 ünvanında inşa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR