Hava nəqliyyatı ilə qlobal yükdaşımalara tələbat rekord həddə azalıb

Hava nəqliyyatı ilə qlobal yükdaşımalara tələbat rekord həddə azalıb
# 03 fevral 2021 18:27 (UTC +04:00)

2020-ci ildə dünyada hava nəqliyyatı ilə yük daşımalarında azalmanın sürəti 1990-cı ildən bəri rekord həddə olub. Azalma illik ifadədə 10,6% təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda bildirilir.

Assosiasiyanın baş direktoru Aleksandr de Junyakın sözlərinə görə, hava nəqliyyatı ilə yükdaşımalar sərnişindaşımalarla müqayisədə böhrandan daha yaxşı çıxa bilir: "2020-ci ildə bir çox aviaşirkət üçün tələbatın azalmasına baxmayaraq, hava nəqliyyatı ilə yükdaşımalar mühüm gəlir mənbəyi çevrilib".

O əlavə edib ki, ölkələr koronavirusun yayılmasının qarşısını almaq məqsədilə səyahətləri məhdudlaşdırmağa davam etdiyindən 2021-ci il də aviasiya sənayesi üçün çətin olacaq.

IATA-nın göstəricilərinə görə, ən böyük azalma Latın Amerikası (21,3%), Avropa (16%) və Asiya-Sakit okean regionu ölkələrində (15,2%) qeydə alınıb. Yaxın Şərqdə azalma 9,5% olub, Afrika və Şimali Amerikada isə müvafiq olaraq 1% və 1,1% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR