İnnovasiyalar Agentliyi Azərbaycan startaplarının beynəlxalq sərgidə iştirakını təmin edəcək

İnnovasiyalar Agentliyi Azərbaycan startaplarının beynəlxalq sərgidə iştirakını təmin edəcək
  • Clock-gray 16:35
  • calendar-gray 10 Yanvar 2020

Azərbaycan startaplarının 22-24 aprel tarixlərində Bakıda keçiriləcək 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi ("TransLogistica Caspian 2020") və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində ("Road & Traffic 2020") iştirakları ilə bağlı qeydiyyata başlanılıb.

"APA-Economics" İnnovasiyalar Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Agentliyin stendində nümayiş üçün beynəlxalq nəqliyyat, tranzit, logistika, yol infrastrukturu, ictimai nəqliyyat ilə əlaqəli startaplar müraciət edə bilərlər.

Sərgilərdə yerli və xarici investorlar startaplarla tanış olacaq. Startapçılar sənaye ekspertləri ilə görüşmək fürsəti, layihələrini yeni mərhələyə qaldırmaq üçün yeni imkanlar əldə edə biləcəklər.

Müraciət edən startaplar arasından seçilən startaplar sərgidə iştirak hüququnu qazanacaq.

Qeydiyyat forması https://bit.ly/2PBbXNH ünvanında yerləşdirilib. Müraciətlər 19 yanvaradək qəbul olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər