İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb

İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb
  • Clock-gray 10:23
  • calendar-gray 19 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında qlobal internet şəbəkəsində aşkarlanan və bloklanan fişinq saytlarının sayı keçənilki rəqəmi üstələyib.

"APA-Economics" xəbər verir ki, bunu RİA "Novosti"yə "Group-IB" (CERT-GIB) beynəlxalq şirkətin Kompüter İnsidentləri ilə Mübarizə Mərkəzinin rəhbəri Yaroslav Karqalev deyib.

Onun sözlərinə görə, yanvar-sentyabr aylarında CERT-GIB tərəfindən 14 802 fişinq mənbələri bloklanıb: "Qeyd edim ki, təkcə ötən il ərzində 14 093 veb-mənbənin fəaliyyəti dayandırılıb. Kibercinayətkarlar fişinq vasitəsilə sayt ziyarətçilərinin vəsaitlərini və şəxsi məlumatlarını (login, hesab və onlayn bank şifrələrini, bank kartı məlumatlarını) ələ keçirir".

Ekspertin sözlərinə görə, 2020-ci ilin I rübündə fişinq mənbələrinin sayı əvvəlki ilə nisbətən 25%, II rübündə isə bloklanan fişinq saytlarının sayı 71% artıb.

Hüseyn Vəliyev

Digər xəbərlər