Londonun ən dar evi 1,3 mln. dollara satışa çıxarılıb

Londonun ən dar evi 1,3 mln. dollara satışa çıxarılıb
# 09 fevral 2021 12:00 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı London şəhərinin ən dar evi 950 min funt sterlinqə (1,3 mln. ABŞ dolları) satışa çıxarılıb.

"APA-Economics"in "Euronews"a istinadən verdiyi məlumata görə, XIX və XX əsrin qovşağında tikilən ev Londonun Şeferds Buş rayonunda yerləşir. İlk olaraq binada şlyapa dükanı fəaliyyət göstərib, yuxarı mərtəbədə isə yaşayış otaqları olub. Binanı eni cəmi 5,5 futdur (1,6 metrdən bir qədər çox), yaşayış sahəsi isə 96 kvadrat metr təşkil edir. Ev sözün əsl mənasında digər iki bina arasında sıxışdırılıb və onların fonunda yalnız fasadın mavi rəngi ilə seçilir.

Hazırda evin zirzəmisində mətbəx və yemək zonası, birinci mərtəbəsində giriş zonası, ikincisi mərtəbəsində isə yataq otağı və kabinet mövcuddur. Üçüncü mərtəbədə duşu və vannası olan hamam otağı yer alıb, dördüncü mərtəbədə isə başqa bir yataq otağı var ki, burada otağın tam enində olan iki nəfərlik çarpayı yerləşdirilib. İkinci mərtəbədən spiral pilləkənlə üçüncü mərtəbəyə, tavandakı lyukdan isə yuxarı yataq otağına qalxmaq mümkündür.

Evin üstünlükləri sırasında antik parket döşəmə, orijinal vanna otağı dekorasiyası, keyfiyyətli mühəndislik, xüsusi veranda və damdakı terrasın mövcudluğu vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR