"Lufthansa" 1 000 pilotunu ixtisar edə bilər

"Lufthansa" 1 000 pilotunu ixtisar edə bilər
# 11 dekabr 2020 11:20 (UTC +04:00)

Almaniyanın "Lufthansa" aviaşirkəti pilotlarla əməkhaqqı məsələsində razılığa gələ bilməyəcəyi təqdirdə təkcə 2021-ci ilin II rübündə 1 000 pilotunu işdən azad edəcək.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə "Lufthansa"nın baş icraçı direktoru Karsten Şpoar Almaniyanın "Wirtschaftswoche" jurnalına bildirib.

"Razılaşma əldə olunmadığı təqdirdə şirkətimizin tarixində ilk dəfə olaraq 500 nəfər birinci pilot və 500 nəfər ikinci pilot 2021-ci ilin II rübündə bizi tərk etməli olacaq", - deyə K. Şpoar vurğulayıb.

Qeyd edək ki, bu ilin sonunadək "Lufthansa" xaricdəki heyətini 20 min nəfər azaltmaqla yanaşı, iaşə sektorunda fəaliyyət göstərən və 7,5 min nəfər işçisi olan LSG şirkətini satmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR