MDB dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 61-ci iclası keçirilib

MDB dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 61-ci iclası keçirilib
# 18 dekabr 2020 16:24 (UTC +04:00)

Dekabrın 18-də MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının videokonfrans formatında növbəti 61-ci iclası keçirilib.

Azərbaycan Statistika Komitəsindən (DSK) “APA-Economics”ə verilən məlumata görə, Belarus Respublikası Milli Statistika Komitəsinin sədri İnna Medvedovanın sədrliyi ilə keçirilən video-konfransda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin və üzv dövlətlərin statistika qurumlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə Azərbaycanı DSK-nın sədri Tahir Budaqov təmsil edib.

Şuranın iclasında COVİD-19 pandemiyası şəraitində MDB dövlətlərinin statistika xidmətlərinin fəaliyyətinin bir sıra aspektləri və digər məsələlər haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR