MDB ölkələri arasında rouminq tariflərinin endirilməsinə dair memorandum gələn il imzalana bilər

MDB ölkələri arasında rouminq tariflərinin endirilməsinə dair memorandum gələn il imzalana bilər
  • Clock-gray 13:00
  • calendar-gray 04 Dekabr 2019

Regional Rabitə Birliyi (RRB) MDB məkanında ölkələr arasında rouminq tariflərinin endirilməsinə dair memorandum hazırlayır.

Bunu "APA-Economics"ə RRB-nin İcraiyyə Komitəsinin baş direktoru Nuriddin Muhitdinov deyib.

Onun sözlərinə görə, qeyd olunan sənədin 2020-ci ildə imzalanacağı gözlənilir.

"Bu sənədin imzalanmasına dair qərar MDB hökumət başçıları səviyyəsində qəbul oluna bilər. Qeyd edim ki, hazırda RRB-yə üzv olan bir neçə ölkədə daxili rouminq, demək olar ki, ləğv olunub. Hesab edirəm, bu gün istifadəçilərə ölkə hüdudlarından kənarda belə pulsuz səsli və görüntülü ünsiyyət imkanı yaradan populyar messencerlər operatorlara rouminq xidmətinin ümumiyyətlə ləğv edilməsinə bir stimul ola bilər", - deyə N. Muhitdinov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date