MHM təhlükəsizlik sertifikatlarının verilməsi xidmətinin göstərilməsi üçün auditdən keçəcək

MHM təhlükəsizlik sertifikatlarının verilməsi xidmətinin göstərilməsi üçün auditdən keçəcək
  • Clock-gray 12:54
  • calendar-gray 10 Noyabr 2020

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) SSL təhlükəsizlik sertifikatlarının verilməsi xidmətinin göstərilməsi üçün növbəti dəfə beynəlxalq auditdən keçəcək.

Qurumdan "APA-Economics"ə bildirilib ki, bu istiqamətdə görülən zəruri işlər artıq tamamlanıb və bütün texniki çatışmazlıqlar aradan qaldırılıb.

"Pandemiya səbəbindən layihənin icrasında bir qədər ləngimələr müşahidə olunur. Pandemiya bitdikdən sonra xidmətinin göstərilməsi üçün yenidən audit təşkil olunacaq və müsbət nəticələr əldə olunduqdan sonra bu xidmətin istifadəyə verilməsinə lazımı icazələr veriləcək. Biz tərəfdən hər bir hazırlıq işləri tamamlanıb və bütün texniki çatışmazlıqlar aradan qaldırılıb", - deyə mərkəzdən bildirilib.

Qeyd edək ki, MHM "WebTrust Program for Certification Authorities" proqramı üzrə auditdən keçir. Layihə kommersiya xarakteri daşıyır və SSL sertifikatlarının verilməsi bəzi hallar istisna olmaqla pullu olacaq. SSL sertifikatları ən çox elektron ticarət platformalarında və müştərilər tərəfindən şəxsi məlumatlar daxil edilən saytlarda istifadə olunur. Məlumatların brauzerdən serverə ötürülməsi zamanı ələ keçirilməsinin qarşısını almaq üçün məlumatları şifrləyən xüsusi HTTPS protokol istifadə olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər