Mahaçqala dəniz limanı yükaşırmaları kəskin artırıb

Mahaçqala dəniz limanı yükaşırmaları kəskin artırıb
# 17 yanvar 2020 17:57 (UTC +04:00)

Mahaçqala dəniz limanı 2019-cu il ərzində yük dövriyyəsinin artımı baxımından Rusiyanın Xəzər dənizində yerləşən limanları arasında lider olub.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə limanın baş direktorunun köməkçisi Alik Abdulqamidov bildirib.

"Ötən ilin sonunda Mahaçqala Dəniz Ticarət Limanı yük dövriyyəsinin artım tempi baxımından Rusiyanın Xəzər dənizindəki limanları arasında lider olub. 2019-cu ildə görülən işlərin nəticələrinə görə, Dağıstan limançılarının payına Xəzər dənizindəki aşırılan yüklərin 61,6%-i düşüb", - deyə A. Abdulgamidov qeyd edib.

Mahaçqala Ticarət Limanının baş direktoru Murad Xidirovun sözlərinə görə, 2019-cu ildə liman təxminən 4,6 mln. ton yük aşırıb ki, bu da 2018-ci ilin göstərici ilə müqayisədə 184% çoxdur: "Xüsusilə, liman 4 mln. tondan çox neft aşırıb, bu da iki dəfədən çox artım deməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR