Masazırda evin hasarı qaz xəttinin üzərinə aşıb, 500 abonent qazsız qalıb

Masazırda evin hasarı qaz xəttinin üzərinə aşıb, 500 abonent qazsız qalıb
# 24 dekabr 2020 16:47 (UTC +04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evinin hasarı qaz xəttinin üzərinə aşıb. 500 abonent qazsız qalıb.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evinin hasarı qaz xəttinin üzərinə aşıb. Nəticədə diametri 89 mm olan qaz xətti yararsız hala düşüb. Hadisəyə görə təqribən 500 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR