Məcburi köçkünlər üçün Abşeronda yaşayış binası tikəcək şirkət müəyyənləşib

Məcburi köçkünlər üçün Abşeronda yaşayış binası tikəcək şirkət müəyyənləşib
# 27 aprel 2020 16:20 (UTC +04:00)

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderin qalibi "Konsept Holding" seçilib. Şirkətlə ümumi dəyəri 2,88 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən "Konsept Holding" tərəfindən Abşeron rayonu ərazisində 1 890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 42 №-li yaşayış binası inşa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR