Moskvada gələn il 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək

Moskvada gələn il 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək
# 09 sentyabr 2020 16:42 (UTC +04:00)

2021-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə danışıqların ardından Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Biz Xəzərdə əməkdaşlığa böyük diqqət yetirdik. 2-ci Xəzər İqtisadi Forumu gələn il Moskvada keçiriləcək. Eyni zamanda, biz 6-cı Xəzər sammitinə hazırlaşırıq. Bu tədbir, bu zirvə görüşü üçün çox önəmli sənədlər paketi hazırlanır", - deyə S. Lavrov qeyd edib.

Nazir Xəzər regionunda təhlükəsizlik, nəqliyyat, ətraf mühitin qorunması, turizmin inkişafı, elmi əlaqələrin təmin edilməsində məsuliyyət daşıyan "Xəzər beşliyi" (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) çərçivəsində Rusiyanın Qazaxıstanla əməkdaşlığını zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, birinci Xəzər İqtisadi Forumu ötən il ilin avqustun 12-də Türkmənistanda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR