"Nar" şəbəkəsində internet trafikin həcmi 65% artıb

"Nar" şəbəkəsində internet trafikin həcmi 65% artıb
# 16 mart 2020 16:14 (UTC +04:00)

"Nar" mobil rabitə operatorunun şəbəkəsində internet trafikin həcmi son bir ildə 65% artıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, artıma bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son 1 il ərzində Bakı üzrə smartfon istifadəçilərinin sayı 15%, regionlar üzrə isə 14% artıb.

"Nar"ın abunəçilərini keyfiyyətli internetlə təmin etməsi nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki "Nar" abunəçisindən biri aktiv 4G istifadəçisidir. Hazırda 54 bölgə mərkəzini LTE texnologiyalı baza stansiyası ilə təmin edən mobil operator ölkə ərazinin 76%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 93,2%-ni 4G/4.5G şəbəkəsi ilə əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR