“Nar+”un yeni istifadəçiləri üçün Novruz kampaniyasına start verilir

“Nar+”un yeni istifadəçiləri üçün Novruz kampaniyasına start verilir
  • Clock-gray 18:21
  • calendar-gray 18 Mart 2021

“Nar” hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqində qeydiyyatdan keçən yeni abunəçiləri üçün Novruz kampaniyasına start verir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kampaniya müddətində yeni qeydiyyatdan keçən bütün “Nar” abunəçilərinə 24 saat ərzində xüsusi hədiyyələr təqdim olunacaq. Kampaniya 19 aprel tarixinədək keçərlidir.

Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Bu tətbiqlə abunəçilər tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilərlər.

Qeyd edək ki, ötən il onlayn çat xidmətindən yararlananların sayı 195 mini ötüb. “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.

APA-Economics

Digər xəbərlər