Naxçıvanda rabitə infrastrukturunun payız-qış mövsümünə hazırlığına dair Tədbirlər Planı təsdiqlənib

Naxçıvanda rabitə infrastrukturunun payız-qış mövsümünə hazırlığına dair Tədbirlər Planı təsdiqlənib
  • Clock-gray 16:31
  • calendar-gray 12 Noyabr 2020

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığı ilə bağlı Tədbirlər Planını təsdiq edib və tabeli qurumlarının bu sahədə fəaliyyətini müəyyənləşdirib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, tabeli qurumlara muxtar respublikanın yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması barədə tapşırıqlar verilib.

Bildirilib ki, muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması başa çatdırılıb.

Bunlarla yanaşı, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır. Həmçinin rayon və şəhər rabitə idarələri tərəfindən yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, müəyyən edilən müxtəlif tutumlu yararsız kabel və dayaqlar yeniləri ilə əvəz olunur.

Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılır.

Hüseyn Vəliyev

Digər xəbərlər