Nazir müavini: “Gediş-gəlişin olmaması bəzi investisiya layihələrinin icrasının gecikməsinə səbəb olur”

Nazir müavini: “Gediş-gəlişin olmaması bəzi investisiya layihələrinin icrasının gecikməsinə səbəb olur”
  • Clock-gray 12:08
  • calendar-gray 08 Avqust 2020

“Dövlətin əsas məqsədi özəl sektorun inkişafını, qeyri-neft sektorunda aktivliyi dəstəkləməkdir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, eyni zamanda bir sıra layihələrin icrasında dövlət-özəl mexanizmindən geniş şəkildə istifadə etmək planlaşdırılır: “İnvestisiyaların dəqiq rəqəmi ilə bağlı indi dəqiq proqnoz vermək mümkün deyil. Bu, bütün bunlar dünyada və Azərbaycanda karantin tədbirlərinin yumşalmasından asılı olacaq. Karantin dövründə müəyyən investisiya şirkətləri ilə danışıqlar aparmışıq. Amma gediş-gəlişin olmaması bəzi layihələrin icrasının gecikməsinə səbəb olur. Dövlət İnvestisiya Holdinqinin əsas məqsədi dövlət tərəfindən yatırılan investisiyaların nəticəsinin daha səmərəli olması üçündür”.

Firuzə Vahid

Digər xəbərlər