Nur-Sultan-Moskva aviareysi bərpa edilir

Nur-Sultan-Moskva aviareysi bərpa edilir
  • Clock-gray 16:55
  • calendar-gray 23 Sentyabr 2020

Qazaxıstan və Rusiya paytaxtları arasında birbaşa sərnişin aviareysi bərpa olunur.

"APA-Economics"in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın "Air Astana" aviaşirkətindən bildirilib.

Aviaşirkətin məlumatına görə, "Air Astana" sentyabrın 26-dan etibarən Nur-Sultan şəhərindən Moskvaya (Domodedovo hava limanı) birbaşa uçuşları bərpa edəcək. Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.

"Hazırda uçuşdan yalnız Rusiya və Qazaxıstan vətəndaşları, habelə Qazaxıstan Respublikasında yaşayış icazəsi olan şəxslər istifadə edə bilərlər", - məlumatda deyilir.

APA-Economics

Digər xəbərlər