Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub
# 19 mart 2020 17:56 (UTC +04:00)

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 19 və 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

“Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq”, - deyə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR