Pandemiya fonunda avtomobillərin onlayn satışları artıb

Pandemiya fonunda avtomobillərin onlayn satışları artıb
  • Clock-gray 12:45
  • calendar-gray 23 Noyabr 2020

İnternet vasitəsilə avtomobillərin qlobal satışları tətbiq olunan məhdudiyyətlər fonunda artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Google" və "Kantar" tərəfindən aparılan araşdırmada deyilir.

Pandemiya zamanı onlayn alış-veriş gözlənildiyi kimi populyarlaşıb. İstehlakçılar ərzaq məhsullarından geyimədək hər bir şeyi onlayn sifariş edir. Hazırda isə avtomobil sənayesində də onlayn satışlarda artım müşahidə olunur, baxmayaraq ki, əksər avtomobil həvəskarları maşını hələ də dilerlərdən almağa üstünlük verir.

Bu il onlayn satışlar 2%-dən 5%-ə, onlayn olaraq bir avtomobili alıb, evə çatdırmaq üçün sifariş vermək istəyən respondentlərin payı 15%-dən 21%-ə yüksəlib.

Sorğu zamanı respondentlərin 34%-nin təmasları minimuma endirmək üçün avtosalonu ziyarət etməkdən çəkindikləri məlum olub. Sorğu iştirakçılarının 59%-i isə salon menecerləri ilə bütün ünsiyyəti onlayn rejimdə aparmaq istədiklərini bildirib.

Respondentlərin əksəriyyəti məlumat tapmaq və qərar qəbul etmək prosesinin bir aydan az davam etdiyini bildirib. Əsas məlumat mənbələri axtarış sistemləri, onlayn videolar və vendorların saytları olub.

Sorğu iştirakçıları saytlarda 360 dərəcəli video, foto axtarış, virtual reallıq, virtual avtosalon və 3D avtomobil modelləri kimi texnologiyaların üstünlüklərini qeyd edib. Bundan başqa, respondetlərin 87%-i qərar qəbul etməzdən öncə "YouTube"da müəyyən avtomobil haqqında videolara baxdıqlarını deyib.

APA-Economics

Digər xəbərlər