Sabah Abşeron, Binəqədi və Xırdalanın bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr olacaq

Sabah Abşeron, Binəqədi və Xırdalanın bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr olacaq
  • Clock-gray 12:50
  • calendar-gray 09 Dekabr 2019

Abşeron rayonunun Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma  işləri davam etdirilir.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq dekabrın 10-da adı çəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər