Sabah Daşkənddə Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolunun açılması müzakirə olunacaq

Sabah Daşkənddə Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolunun açılması müzakirə olunacaq
  • Clock-gray 12:37
  • calendar-gray 17 Dekabr 2019

"Azərbaycan Dəmir Yolları" QSC-nin iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq. Görüşdə Azərbaycan, Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yollarının nümayəndələri iştirak edəcək.

“Sözügedən dəmir yolu Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər”, - deyə C. Qurbanov əlavə edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date