Statistika Komitəsi: Son 16 ildə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb

Statistika Komitəsi: Son 16 ildə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb
# 07 fevral 2020 19:26 (UTC +04:00)

Dövlət Statistika Komitəsində ötən ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən qeyri neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb.

“Ümumilikdə, son 16 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri neft-qaz sektoru üzrə 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, yük daşınması 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 14,2 dəfə, dövlət büdcəsinin gəlirləri 20,0 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10,0 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə, qeyri neft-qaz məhsullarının ixracı 5,2 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4.8 faizə enib, bu illər ərzində 2 369,0 min iş yeri yaradılıb”, - deyə T. Budaqov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR