Şuşaya çəkilən "Zəfər yolu"nun nə vaxt istifadəyə veriləcəyi açıqlanıb

Şuşaya çəkilən "Zəfər yolu"nun nə vaxt istifadəyə veriləcəyi açıqlanıb
# 22 fevral 2021 12:30 (UTC +04:00)

Bakı-Hacıqabul-Mincivan yolunun Şuşaya çəkilən 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

"APA-Economics"in məlumatına görə bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə çıxış edərək deyib.

Onun sözlərinə görə, yol keçəcək ərazi hələ tam olaraq minadan təmizlənməyib. Yol ikinci dərəcəli avtomobil yolu kimi istifadəyə veriləcək.

"Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək", - S. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR