TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar cüzi azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar cüzi azalıb
  • Clock-gray 11:21
  • calendar-gray 18 Dekabr 2019

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43 110 min ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə 0,6% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr nəql edilmiş yüklərin 27 326,7 min tonu və ya 63%-i avtomobil nəqliyyatı, 10 361 min tonu və ya 23,9%-i dəmir yolu nəqliyyatı, 5 687,7 min tonu və ya 13,1%-i dəniz nəqliyyatı ilə daşııb.

"Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9%-i və ya 7766,0 min tonunu tranzit yüklər təşkil edib", - məlumatda qeyd edilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date