"Teymur Əhmədov" quru yük gəmisi Xəzərdə fider daşımalarına cəlb olunacaq

"Teymur Əhmədov" quru yük gəmisi Xəzərdə fider daşımalarına cəlb olunacaq
# 04 fevral 2021 12:15 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara (kiçik həcmli yük gəmiləri ilə daşımalar – red.) cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Teymur Əhmədov” quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR