Türkiyə BTQ vasitəsilə Əfqanıstanı Avropa ilə birləşdirməkdə qərarlıdır

Türkiyə BTQ vasitəsilə Əfqanıstanı Avropa ilə birləşdirməkdə qərarlıdır
  • Clock-gray 11:28
  • calendar-gray 28 Yanvar 2021

Türkiyə "Lapis Lazuli" marşrutundan istifadə etməklə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti vasitəsilə Əfqanıstanı Avropa ilə birləşdirməyə qərarlıdır.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Qeyd edilir ki, Türkiyə və Əfqanıstan cümə axşamı nəqliyyat sahəsində (əsasən avtomobil yolları, dəmir yolları və aviasiya sahələrində) araşdırma və inkişaf fəaliyyətləri ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayacaq.

"Ölkələrimiz arasında dəmiryol nəqliyyatı imkanlarını artırmaq və yeni əməkdaşlıq imkanları yaratmaq üçün lazımi prosedurları həyata keçirməyə hazırıq", - A. Karaismailoğlu qeyd edib.

Xatırladaq ki, "Lapis Lazuli" layihəsinə görə, dəmir və avtomobil yolları Turqundi şəhərini (Əfqanıstan) Aşqabad, sonra isə Xəzərin sahilində yerləşən Türkmənbaşı limanı ilə birləşdirəcək. Sonra isə dəhliz Bakıya, oradan isə Gürcüstan və Türkiyəyə qədər davam edəcək.

Emil İsmayılov

Digər xəbərlər