UNCTAD: Azərbaycan aparıcı texnologiyaların İKT-də tətbiqinə görə regionun lideridir

UNCTAD: Azərbaycan aparıcı texnologiyaların İKT-də tətbiqinə görə regionun lideridir
  • Clock-gray 17:31
  • calendar-gray 03 Mart 2021

Azərbaycan aparıcı texnologiyalarının İKT sahəsində tətbiq edilməsinə hazırlığa görə dünyanın 158 ölkəsi arasında 70-ci yerdə, Qafqazda isə lider mövqedə qərarlaşıb.

"APA-Economics" bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Technology and Innovation Report 2021" adlı hesabatına istinadən xəbər verir. Sözügedən hesabat süni zəka, robototexnika və gen düzəlişi kimi sərhəd texnologiyalarının mövcud bərabərsizliklərin genişləndirilməsi və yenilərinin yaradılması imkanlarını kritik şəkildə araşdırmasının nəticələrini özündə birləşdirir.

"Hazırlıq" indeksi beş meyar üzərində qiymətləndirilir: İKT-nın tətbiq edilməsi, bacarıqlar, tədqiqat və inkişaf fəaliyyəti, sənaye fəaliyyəti və maliyyə resurslarının əlçatanlığı. Məhz aparıcı texnologiyaların İKT sahəsində tətbiq edilməsinə hazırlığı ölkənin internet istifadəçilərinin ümumi əhaliyə olan nisbəti və ölkə üzrə internetin orta sürətinə görə qiymətləndirilir. Bütün meyarları birləşdirən ümumi indeksə görə Azərbaycan 100-cü yerdə qərarlaşıb və ölkənin mövqeyi aşağı-orta qrup ölkələrinə aid edilir.

Qeyd edək ki, ümumi reytinqin birinci pilləsində ABŞ, ikinci yerində İsveçrə, üçüncü yerində isə Böyük Britaniya qərarlaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər