"Visa": Azərbaycanda nağdsız əməliyyatların 60%-i kontaktsızdır

"Visa": Azərbaycanda nağdsız əməliyyatların 60%-i kontaktsızdır
# 28 yanvar 2021 16:11 (UTC +04:00)

Azərbaycanda ölkədaxili nağdsız ödəniş əməliyyatlarının onundan altısı kontaktsızdır.

"APA-Economics"in məlumatına görə, bunu "Visa" beynəlxalq kart təşkilatının Qafqaz üzrə regional meneceri Kristina Doroş "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib.

K. Doroş bildirib ki, Azərbaycanda nağdsız əməliyyatların 60%-i kontaktsızdır, halbuki Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda bu göstərici 90%-ə bərabərdir (hər 10 nağdsız ödənişdən 9-u kontaktsızdır).

Regional menecer əlavə edib ki, "Visa" hazırkı onlayn ödənişlər və ümumilikdə rəqəmsallaşma prosesini və onun trendlərini nəzərə alaraq Azərbaycanda, ilk növbədə, KOB-lara dəstək olunmasını vacib sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR