"WhatsApp" mesaj göndərişlərinə yeni məhdudiyyətlər tətbiq edib

"WhatsApp" mesaj göndərişlərinə yeni məhdudiyyətlər tətbiq edib
  • Clock-gray 15:00
  • calendar-gray 07 Aprel 2020

"WhatsApp" messenceri dünyada yeni növ koronavirusun yayılması fonunda bəzi mesajların göndərişinə məhdudiyyət tətbiq edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, ötən il istifadəçilər tez-tez göndərilən mesajlar konsepsiyası ilə tanış oldu. Söhbət ikiqat ox ilə işarələnən mesajlardan gedir ki, məhz onların göndərilməsi məhdudlaşdırılacaq. Belə ki, bu mesajlar yalnız bir çata göndərilə bilər.

Bir çox hallarda istifadəçilər virusun yayılması ilə mübarizə aparan tibb işçilərinə dəstək kampaniyaları təşkil etmək üçün "WhatsApp"dan istifadə edirlər. Bu isə öz növbəsində, göndərilən mesajların sayının artmasına səbəb olur. Bəzi müştərilər bundan narahatdırlar, çünki bu, yanlış məlumatların yayılmasına da səbəb ola bilər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date