YTP pandemiya ilə mübarizə istiqamətində əməkdaşlıq müqaviləsi imzalayıb

YTP pandemiya ilə mübarizə istiqamətində əməkdaşlıq müqaviləsi imzalayıb
# 20 aprel 2020 12:27 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, "LiderMed" MMC və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında karonavirus pandemiyası ilə mübarizə istiqamətində əməkdaşlıq müqaviləsi bağlanıb. Yüksək Texnologiyalar Parkından “APA-Economics”ə verilən məlumata görə, müqavilənin predmeti olaraq istehlak mallarında (qida daxil olmaqla), əczaçılıq, yuyucu və dezinfeksiyaedici məhsulların qablaşdırılmasında istifadə edilən materiallarda toksik elementlərin təyini göstərilib.

Toksik elementlərin təyini Texnoparkın Elmi Analitik Sınaq Laboratoriyasındakı ABŞ XOS şirkətinin istehsal etdiyi “HD XRF Prime Analyzer” cihazında vasitəsilə həyata keçirilir. Təqdim edilən plastik materalların tərkibində toksik elementlər CPSİA-nın (İstehlak Məhsullarının Təhlükəsizliyi Aktı) keyfiyyət normalarına cavab verir.

Cihaz Avropa Birliyi, İsrail, Koreya, Çin, Yaponiya və Hindistan kimi ölkələrdə patentləşdirilib və CPSİA çərçivəsində gömrük-keçid nəzarəti laboratoriyalarında geniş istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR