AAYDA sürücülərə müraciət edib

AAYDA sürücülərə müraciət edib
# 19 avqust 2022 13:12 (UTC +04:00)

20 avqust saat 08:00-dan 21 avqust saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR