Afrikada keçirilən beynəlxalq tədbirlər “Azerspace-1” peyki üzərindən yayımlanır

Afrikada keçirilən beynəlxalq tədbirlər “Azerspace-1” peyki üzərindən yayımlanır
# 19 iyul 2022 18:22 (UTC +04:00)

“Azərbaycan Respublikasının Kosmik Agentliyi” (Azərkosmos) əməkdaşlıq etdiyi qlobal media yayım şirkətləri ilə birgə Afrika regionundakı beynəlxalq idman oyunlarını “Azerspace-1” peyki üzərindən yayımlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin birinci yarımili ərzində Afrika regionuna daxil olan ölkələrdə keçirilən Beynəlxalq Otüstü Hokkey Federasiyasının (FIH) kişi hokkeyi üzrə yarışları, Afrika Basketbol Liqası, Bundesliqa, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎ (FİFA) və “La Liqa”nın oyunlarının ən maraqlı anları Afrika, eləcə də digər qitələrdəki milyonlarla televiziya tamaşaçısına “Azerspace-1” peyki vasitəsilə yüksək keyfiyyətdə və fasiləsiz olaraq çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” peykləri Afrika qitəsini əhatə etməklə qitənin 2/3 hissəsinə internet və yayım xidməti göstərir. Bu xidmətlər Azərkosmos və “Globecast”, “İKO Media”, “Telemedia”, “Bagira Group” və bu kimi digər qlobal media şirkətləri ilə əməkdaşlıq sayəsində təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR