"Apple"ın Azərbaycanda bazar payı azalıb

"Apple"ın Azərbaycanda bazar payı azalıb
  • Clock-gray 14:26
  • calendar-gray 03 İyul 2019

Bu ilin iyun ayında Azərbaycan mobil qurğuları bazarında "Samsung"un bazar payı aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi artıb.

APA-Economics”in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyulun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 56,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.

Cari ilin iyun ayında "Apple" şirkətinin daxili bazar üzrə məhsullarının payı 8,1 faiz bəndi azalıb. Bu göstərici iyul ayının 1-nə olan məlumata görə 12,9% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 26,7 faiz bəndi çoxdur. "Apple"ın məhsulları Azərbaycanın mobil cihazları bazarında ikinci yeri tutur.

3-cü yerdə bazar payı 12,7% olmaqla "Xiaomi" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı iyun ayı ərzində 1,8 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə təxminən 3 dəfən artıq artıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,5%, naməlum (əsasən Çin mənşəlli) istehsalçıların mobil cihazları – 2,56%, LG – 2,04%, "Nokia" – 1,55%, "Lenovo" – 1,46%, HTC – 1,21%, "Alcatel" – 0,95% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date