Arıçılıq təsərrüfatlarına yeni texnoloji həll təklif ediləcək

Arıçılıq təsərrüfatlarına yeni texnoloji həll təklif ediləcək
# 07 yanvar 2022 15:31 (UTC +04:00)

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) “Smart” arı yeşikləri istehsal ediləcək.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, məhsul Texnoparkda yeni rezidentlik statusu alan “BEYT” şirkəti tərəfindən təşkil olunacaq.

İstehsal ediləcək bu məhsul xüsusi cihazların sensorlar vasitəsilə yeşiklərdə temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi üstünlüklərə malik olacaq.

Yüksək ixrac potensialı olan məhsul bu günədək Azərbaycana əsasən Fransadan gətirilib və layihənin ölkədə həyata keçirilməsi rəqabətə dözümlü yerli intellektual məhsulların istehsal edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Arı yeşiklərində yerləşdirilən sensorlar məlumatları mobil telefona və ya birbaşa kompüterə ötürmək imkanına malikdir. Bu proseslərə bulud sistemi vasitəsilə vahid mərkəzdən nəzarət etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR