AYNA İdarə Heyətinin sədri: Türkiyədən Rusiyaya yüklərin 30%-ni azərbaycanlılar daşıyıb

AYNA İdarə Heyətinin sədri: Türkiyədən Rusiyaya yüklərin 30%-ni azərbaycanlılar daşıyıb
# 24 yanvar 2023 12:41 (UTC +04:00)

“Rusiya daşıyıcıları ilə bizim daşıyıcılar arasında yeganə fərq budur ki, Azərbaycan daşıyıcıları daşımalarda üstünlük təşkil edir. Rusiya və Azərbaycan arasında yükdaşımaların 80%-i Azərbaycan, 20%-i isə Rusiya daşıyıcılarının payına düşür".

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

“Türkiyədən Rusiyaya yüklərin 30%-ni belə azərbaycanlılar daşıyıb. Bizə aid olmayan bazarlara da daxil oluruq”, - Anar Rzayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR