Azad olunmuş ərazilərdə 2026-cı ilə qədər 34 mindən çox mənzil və fərdi yaşayış evinin inşası nəzərdə tutulur

Azad olunmuş ərazilərdə 2026-cı ilə qədər 34 mindən çox mənzil və fərdi yaşayış evinin inşası nəzərdə tutulur
# 16 noyabr 2022 18:13 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdəki yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görüləcək.

APA xəbər verir ki, bu "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb.

Sifarişçi təşkilatlar Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, MİDA, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birgə 2022-2026-ci illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR