Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılacaq

Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılacaq
# 18 iyun 2022 12:06 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat vəsait ayrılacaq.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Beləliklə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsait 21,36 faiz artırılır.

Sənəddə bildirilir ki, bu ilin 5 ayı ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1060,0 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 48,2 faizinə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR