AZAL qış uçuş cədvəlinə keçib

AZAL qış uçuş cədvəlinə keçib
# 28 oktyabr 2019 12:56 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qış uçuş cədvəli 27 oktyabr tarixindən qüvvəyə minib.

APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, qış uçuş cədvəli çərçivəsində Bakıdan Almatı, Ankara, Antalya, Pekin, Berlin, Dubay, Gəncə, İstanbul, Ciddə, Küveyt, London, Milan, Moskva, Naxçıvan, Nyu-York, Paris, Sankt-Peterburq və Tel-Əviv istiqamətləri üzrə birbaşa reyslər həyata keçiriləcək.

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək.

Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək.

Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq. Aviabiletləri www.azal.az saytında əldə etmək mümkündür.

Uçuşlar haqqında ətraflı məlumat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR