Azərbaycan əhalisi dekabrda qaz istehlakını azaldıb

Ruslan Əliyev

© APA | Ruslan Əliyev

# 24 dekabr 2021 11:51 (UTC +04:00)

Bu ilin dekabr ayında hava şəraitinin nisbətən xoş olması nəticəsində "Azəriqaz”z İstehsalat Birliyi əhali abonent qrupu üzrə ayın keçmiş 23 günü ərzində ötən ilin göstəricisi ilə müqayisədə 90 mln. kubmetr az qaz qəbul edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, qeyri-əhali abonentləri üzrə qaz qəbulunda 30 mln. kubmetr artım qeydə alınıb.

R. Əliyevin qeyd edib ki, dünəndən respublika ərazisində hava şəraiti pisləşib, lakin abonentlərə qazın verilişində heç bir problem yoxdur.

Baş direktor onun da əlavə edib ki, son sutka ərzində "Azəriqaz" 38 mln. kubmetr qaz qəbul edib, bu da ötən ilin müvafiq göstəricisinə uyğundur. Qəbul edilən qazın 29 mln. kubmetri əhali abonent qrupunun, qalan hissəsi isə qeyri-əhali abonent qrupunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR