Azərbaycan-Gürcüstan sərhədində tezliklərin tənzimlənməsi üzrə tədbirlər görüləcək

Azərbaycan-Gürcüstan sərhədində tezliklərin tənzimlənməsi üzrə tədbirlər görüləcək
# 26 iyul 2022 15:22 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunan razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə radiomonitorinqlər keçirilib.

Dövlət Radiotezliklər İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, radiomonitorinqlərin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və radiotezlik kanallarının koordinasiyası üzrə Gəncə şəhərində mütəxəssislər arasında müzakirələr aparılıb.

Müzakirələrin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, o cümlədən bu sahədə yeni rəqəmsal texnologiyaların tətbiqi üçün radiotezliklərin tənzimlənməsi üzrə müvafiq tədbirlərin görülməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR