Azərbaycan iqtisadiyyatında Rusiya sərmayəsi 6,3 mlrd. dollardır

Azərbaycan iqtisadiyyatında Rusiya sərmayəsi 6,3 mlrd. dollardır
# 26 aprel 2022 15:54 (UTC +04:00)

Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 631 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisini 8 faiz üstələyir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, qarşılıqlı investisiyalar sahəsində qarşılıqlı əlaqələr dinamik şəkildə artır.

"Azərbaycan iqtisadiyyatına toplanmış Rusiya sərmayəsi 6,3 mlrd. dollardır. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar sərmayə qoyub. Rusiya biznesi Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş şəkildə təmsil olunur. Azərbaycanda Rusiya kapitalı ilə 1133-ə yaxın müəssisə fəaliyyət göstərir",- deyə Şahin Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR